AZ

Qadın 6 min dollardan çox pulu pəncərədən atdı

Sankt-Peterburqda yaşlı qadın fırıldaqçıların göstərişi ilə mənzilinin pəncərəsindən yüz minlərlə rublu atıb.

Lent.az bildirir ki, Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, hadisə martın 20-də Petrodvortsovo rayonunun Çebışevskaya küçəsində yerləşən evdə baş verib.

Polis müəyyən edib ki, Peterhofdan olan 93 yaşlı təqaüdçü “qohumunuz qəzaya düşüb” sxemi ilə işləyən cinayətkarların göstərişinə əsasən, içərisində 600 min rubl (6 min dollardan çox) olan çantanı mənzilinin pəncərəsindən çölə atıb.

Faktla bağlı cinayət işi başlanıb. Şübhəli saxlanılıb. Onun işsiz 29 yaşlı yerli sakin olduğu üzə çıxıb.

phrase_var_article.chosen
137
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close