AZ

Kreml: Ödənişlər mövzusunda Türkiyə və Çinlə konstruktiv işləyirik

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Türkiyə və Çinlə yanaşı ABŞ və Avropa İttifaqının (Aİ) təzyiqlərindən irəli gələn təhlükələri nəzərə alaraq ödənişlərlə bağlı çox konstruktiv işləyir.

Editor.az xəbər verir ki, gündəlik mətbuat konfransında son vaxtlar gündəmdə qalan dost ölkələrlə ticarətə təzyiqlərlə bağlı son vəziyyəti dəyərləndirən Peskov neft ticarətində ödənişlərin gecikdirilməsi ilə bağlı sualları cavablandırıb.

O, Türkiyə və Çindəki bankların ABŞ sanksiyalarına əməl edib-etməməsi ilə bağlı yoxlamaların sərtləşdirilməsi məsələsinə diqqət çəkib: “Təbii ki, qeyd etdiyiniz ölkələr ABŞ və Aİ-nin maliyyə və digər orqanları tərəfindən misli görünməmiş təzyiqlərə məruz qaldıqları üçün ayrıca araşdırmalar aparılır. Biz, əslində, beynəlxalq ticarət-iqtisadi münasibətlərin qayda və normalarını pozan bu misli görünməmiş təzyiqdən irəli gələn təhlükələri nəzərə alaraq tərəfdaşlarımızla çox konstruktiv və gərgin şəraitdə işləyirik”.

Daha əvvəl “Reuters” xəbər agentliyinin öz mənbələrinə əsaslanaraq Türkiyə, Çin və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) banklarının ABŞ sanksiyalarına əməl edib-etməməsi ilə bağlı yoxlamaların sərtləşdirilməsi səbəbindən Rusiyanın neft ödənişlərində gecikmələr yaşadığı bildirilmişdi.

//Gülnarə Abasova, Editor.az

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla