AZ

Lənkəranda qəzada 3 nəfər xəsarət aldı

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.Adalet.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. "Tofaş" markalı nəqliyyat vasitəsinin sürücüsü hərəkətdə olarkən, ötmə əməliyyatı aparmaq istəyib. Bu zaman sürücü idarəetməni itirib və yol kənarında dayanan avtomobillərə çırpılıb. Qəzada 2 nəqliyyat vasitəsi əzilib. Hadisə nəticəsində xəsarət alan 3 nəfər Liman şəhər sakini - 2001-ci il təvəllüdlü İsa Vasif oğlu Adıgözəlov, 2003-cü il təvəllüdlü Fərhad Akif oğlu Həsənov və 2003-cü il təvəllüdlü Mülayim Vüqar oğlu Səlimov Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıblar.Faktla bağlı araşdırma aparılır.

phrase_var_article.chosen
136
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close