AZ

Samuxda DTX işçilərinin peşə bayramı qeyd edilib

Samux Rayon İcra Hakimiyyətində təhlükəsizlik orqanlarının peşə bayramına həsr olunmuş tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev təbrik nitqində 105 il bundan əvvəl yaradılmış təhlükəsizlik orqanlarının fəaliyyətindən, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinə rəhbər  təyin ediləndən sonra ümummilli liderimizin əvəzsiz xidmətlərindən, 1991-ci ildə MTN-nin yaradılmasından sonra milli maraqlara söykənərək ictimai təhlükəsizlik qaydalarının daha da möhkəmləndirilməsindən, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində xüsusi xidmət orqanlarının yüksək səviyyədə təşkil olunmasından, onun əməkdaşlarının peşəkarlığından söz açıb.
İcra hakimiyyətinin başçısı DTX Samux rayon şöbəsinin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim edib.
Çıxış edən DTX Samux rayon şöbəsinin rəisi Heydər Abıyev əməkdaşların dövlətimizin təhlükəsizliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəmədiklərini bildirib.
Digər hüquq-mühafizə orqanlarının rəhbərləri də Samux rayon şöbəsinin əməkdaşlarını təbrik edərək onlara işlərində uğurlar arzulayıblar.
 
         Hamlet QASIMOV
XQ-nin bölgə müxbiri, 
Samux rayonu

phrase_var_article.chosen
23
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close