AZ

Basketbolçularımız türkiyəli həmkarlarına qalib gəliblər

Türkiyənin İstanbul şəhərində qızlardan ibarət Azərbaycan millisi son yoxlama oyunlarında da önəmli qələbələr qazanıblar.
Evren Alkayanın rəhbərlik etdiyi yığmalar təlim-məşq toplanışı çərçivəsində Türkiyə komandaları ilə keçirilən növbəti 8 qarşılaşmanın yalnız birində məğlub olublar. Belə ki, Yüksək liqa təmsilçisi “Qalatasaray”ın U-16 komandasını məğlub edən millimiz “Emlak Konut”a uduzub. U-16 “Besaş”, “Bursa Uludağ”, U-18 millisi “Besaş”, “Bursa Uludağ” və “İstanbul Allstar” komandaları üzərində qələbə qazanıb. U-14 isə “Darruşafaka”nı məğlub edib. 
Qeyd edək ki, komandalarımız, ümumilikdə keçirdikləri 15 yoxlama matçından yalnız 1-də məğlub olublar. 
Leyla SABİRQIZI XQ

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla