AZ

Brüssel görüşü Qərbin Cənubi Qafqazla bağlı təhlükəli plan hazırladığını təsdiqləyir -EKSPERT

Brüsseldə Avropa İttifaqı və ABŞ-nin Ermənistanla keçirəcəyi görüş əslində Qərb neoimperialist şəbəkələrinin Cənubi Qafqaz regionu ilə bağlı həyata keçirmək istədiyi təhlükəli plan və tendensiyaları növbəti dəfə ortaya qoymuş olur. Əslində daha əvvəl də Azərbaycanın razılığı olmadan Ermənistan ərazilərində Avropa İttifaqının mülki missiyası adı altında Qərbin müxtəlif strukturlarını toplayan Ermənistandakı SOROS-çu Paşinyan hakimiyyəti Qərblə əlaqələri dərinləşdirmək üçün öz ölkəsində İkinci Maydan ssenarisini həyata keçirməyə çalışır. Fakitiki olaraq bu gün Qərb Ermənistan ərazilərində Azərbaycan, Rusiya, Türkiyə və İran əleyhinə yeni kəşfiyyat plasdarmları formalaşdırmağa çalışır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov bildirib. 

Ekspert qeyd edib ki, bütün bunların fonunda bu gün Ermənistanın yerləşdiyi geosiyasi durumu təhlil etməyən, bu ölkənin inkişafını istəməyən, həmin dövlətdən ancaq özünün siyasi məqsədləri üçün istifadə etməyə çalışan başda Fransa və ABŞ-dəki ermənipərəst dairələr olmaq üzrə Qərb strukturları bölgəni qarışdırmaq üçün Ermənistanı yenidən qızışdırmağa çalışırlar.

Əslində Azərbaycanla sülh müqaviləsi imzalayıb Türkiyə ilə münasibətləri normallaşdıraraq Ermənistanı və onun iqtisadiyyatını düşdüyü çətin vəziyyətdən xilas edə biləcək təkliflər paketi ortada var. Azərbaycan və Türkiyə tərəfindən Ermənistana sülh əli uzadılmışkən və sülhlə bağlı bu qədər çağırışlar edilmişkən mənfur qonşumuzu Qərbin müəyyən dairələri qızışdırır. Ermənistanın bu yolla təhlükəli oyunlara cəlb edilməsi, bölgəni qarışdırmaq üçün müxtəlif ssenarilərin işlənməsi Qərbin bölgə ilə bağlı əsla səmimi olmadığını, Ermənistanı isə özünün siyasi məqsədlərini yerinə yetirmək üçün istifadə etdiyi bir vasitə kimi yanaşdığını görürük. 

Cavid Əkbərov, “İki sahil”

phrase_var_article.chosen
186
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close