AZ

Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya veriləcək

Bakı. Trend:

Nazirlər Kabineti “Bakı şəhərətrafı dəmiryol nəqliyyatı iləsərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nıtəsdiqləyib.

Ətraflı

Trend-in xəbərinə görə,marşrut üzrə sərnişindaşıma fəaliyyəti ilə əlaqədar subsidiyaverilməsi məqsədilə aşağıdakı gəlirlər nəzərə alınır:

- gediş haqları üzrə gəlirlər;

- sair gəlirlər (reklam və sərnişindaşıma fəaliyyəti iləəlaqədar yaranan digər gəlirlər).

Marşrut üzrə sərnişindaşıma fəaliyyəti ilə əlaqədar subsidiyaverilməsi məqsədilə aşağıdakı xərclər nəzərə alınır:

- marşrutlar üzrə stansiyalarda, qatarlarda olan işçilərin və bumarşrutlara bilavasitə xidmət edən digər struktur vahidlərindəçalışan işçilərin əməkhaqqı və əməkhaqqına görə ayırmalar;

- enerji xərcləri;

- hərəkət tərkibinin təmiri və ehtiyat hissələri ilə bağlıxərclər;

- sığorta xərcləri;

- müvafiq marşrut üzrə istifadə olunan dəmir yolustansiyalarının və sərnişin platformalarının saxlanma və istismarxərcləri;

- Sərnişindaşıma departamentinin aparatının saxlanması ilə bağlıxərclər (ümumi xərclərdə xüsusi çəkisi tapılmaqlahesablanılır);

sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi zamanı istifadəolunan və öz vəsaitləri hesabına əldə olunan əsas vəsaitlərinamortizasiya məbləği;

- sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi zamanıistifadə olunan əsas vəsaitlərin öz vəsaitləri hesabınakapitallaş-dırılmış əsaslı təmir məsrəfləri üzrə amortizasiyaməbləği;

- sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi üçün əsasvəsaitlərin alınması (tikilməsi və ya quraşdırılması) ilə əlaqədarəldə edilmiş kreditlər üzrə faiz məbləğləri və gəlirdən çıxılanvergilər;

marşrutlar üzrə infrastrukturun istismarı və saxlanmasıxərcləri;

- xidmətin göstərilməsi üçün digər əməliyyat xərcləri;

- birbaşa sərnişindaşıma fəaliyyətinə aid edilməsi mümkünolmayan xərclər (ümumi xərclərdə xüsusi çəkisi tapılmaqlahesablanılır).

Daşıyıcının dəmir yolu nəqliyyatı vasitəsilə marşrut üzrəardıcıl ikiillik sərnişindaşıma fəaliyyəti zərərlə nəticələndiyihalda, daşıyıcıya subsidiya verilir.

Subsidiya daşıyıcının bu Qaydaların 3-cü hissəsində göstərilənqaydada hesablanılmış ortaillik xərc məbləğinin 50 faizindən vəortaillik zərər məbləğindən artıq olmamaqla müəyyən edilir.

Məqalədə:
Seçilən
14
6
Mənbələr
Şərh ()
Bağla