AZ

Azərbaycanda idxal gömrük rüsumuna cəlb olunan malların sayı ARTIRILIB

Bakı. Trend:

Nazirlər Kabineti 22 aprel 1998-ci il tarixli qərarı ilə təsdiqedilmiş “Ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarınındərəcələri haqqında” qərarında dəyişiklik edib.

Trend xəbər verir ki, bununlabağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanda idxal gömrük rüsumuna cəlb olunanmalların sayı artırılıb.

Belə ki, bundan sonra aşağıda göstərilənlərdə idxal gömrükrüsumuna cəlb olunacaq:

- təmənnasız paylanılması üçün humanitar yardım kimi fizikişəxslər tərəfindən gətirilən mallar;

- Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın paybölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digərsazişlərə uyğun olaraq Azərbaycana verilməsi nəzərdə tutulan əsasfondların, daşınar əmlakın və digər aktivlərin Dövlət Neft Fondunavə yaxud hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycanıtəmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrəəməliyyatlar;

- ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq vəmateriallar (Dövlət Neft Şirkəti tərəfindən ixrac məqsədli neft-qazfəaliyyəti üzrə Azərbaycana idxal olunan avadanlıq və materiallarıntəsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyitəqdirdə);

- Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində olanmüəssisələr tərəfindən müdafiə təyinatlı məmulatların yaradılmasıvə istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar vədəstləşdirici hissələr;

- Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi üçün idxalolunan qızıl.

Məqalədə:
Seçilən
29
19
Mənbələr
Şərh ()
Bağla