AZ

KTMT-nin baş katibi: Ermənistan son vaxtlar katibliyin işində iştirak etmir

Ermənistan son vaxtlar katibliyin işində iştirak etməyib, lakin təşkilatdan çıxmaq barədə bildiriş də göndərməyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenkoya müsahibəsində söyləyib.

“İrəvan həqiqətən də bu yaxınlarda KTMT katibliyinin işində iştirak etməyib. Ermənistan Respublikası rəsmilərinin qeyd olunan bəyanatlarına gəlincə, qeyd edim ki, katibliyə İrəvandan KTMT üzvlüyünün dayandırılması ilə bağlı heç bir rəsmi açıqlama daxil olmayıb.

Biz təbii ki, analitiklərimizin və onların əlində olan alətlərin köməyi ilə Ermənistan ətrafındakı vəziyyəti və Ermənistanla KTMT arasındakı münasibətləri təhlil edirik. Erməni elitasının bəziləri arasında müəyyən hadisələr və hisslər narahatlıq doğurur. Amma biz Ermənistan rəhbərliyinin siyasi ayıqlığına və Təşkilatla bağlı müxtəlif ssenarilərin həyata keçirilməsi perspektivlərinin balanslaşdırılmış qiymətləndirilməsinə ümid edirik. Xüsusi qeyd edim ki, Ermənistan bizim müttəfiqimizdir, bütün mövcud öhdəliklər də qüvvədə qalır".

Onun sözlərinə görə, katiblik mütəmadi olaraq İrəvandakı müvafiq strukturları qəbul və qəbul olunmuş qərarlar barədə məlumatlandırır.
KTMT-nin baş katibi yeni ölkələrin təşkilata üzv ola biləcəyini istisna etməyib.

Musavat.com

phrase_var_article.chosen
113
39
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close