AZ

Paşinyandan Xankəndidən İrəvana qaçan separatçılara sərt reaksiya

Qarabağdan köçən bəzi dairələr bilərəkdən və ya bilməyərəkdən Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər və addımlar atırlar. 

Ölkə.Az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib. 

"Özlərini "sürgün"də bir növ hökumət elan edirlər və s. Mən açıq şəkildə bildirmək istəyirəm ki, hamı başa düşsün ki, Ermənistanda bir hökumət var və o bu otaqda oturub", - Paşinyan qeyd edib.

Nikol Paşinyan bildirib ki, onun bu mesajı çox aydın şəkildə qeydə alınmalıdır.

“Ehtiyac olarsa, müvafiq addımlar və tədbirlər görülməlidir ki, xarici qüvvələr müəyyən dairələrdən Ermənistana təhdid yaratmaq üçün istifadə etməsin”, - Paşinyan vurğulayıb.

Bəyan edib ki, Ermənistanda Ermənistan Respublikası hökumətindən başqa hökumət ola bilməz.

“Əgər kimsə özünü Ermənistanda “hökumət” kimi təqdim edirsə, bu, Ermənistanın milli təhlükəsizliyi məsələsidir.

Bir daha deyirəm, Ermənistanda başqa hakimiyyət yoxdur, olmayıb və ola da bilməz”, - Paşinyan bildirib.

O əlavə edib ki, dövlətə qarşı bu cür hərəkətlər təsirsiz qala bilməz.

Qeyd edək ki, 2023-cü ilin sentaybr ayında Xankəndidən İrəvana qaçan separatçılar son zamanlarda yenidən aktivləşməyə başalyıblar.

Mürtəza
Ölkə.Az

Seçilən
197
50
Mənbələr
Şərh ()
Bağla