AZ

Bu ölkənin XİN rəhbəri istefa verdi

Latviyanın xarici işlər naziri Krişyanis Karinş istefa verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "rus.lsm.lv" portalı məlumat yayıb.

Bildirilib ki, o, aprelin 10-da vəzifəsini tərk edəcək.

Bildirilib ki, o, Latviyanın Baş naziri Evika Silina ilə görüşdən sonra vəzifəsini tərk edəcəyini açıqlayıb. Latviya Seymi (parlament) aprelin 11-də yeni xarici işlər nazirinin namizədliyi ilə bağlı səsvermə keçirəcək.

Qeyd edək ki, nazirin istefası Latviya nümayəndə heyətinin və K.Karinşin Avropa İttifaqının (Aİ) konfranslarında iştirakı üçün təyyarə uçuşları ilə bağlı böyük maliyyə vəsaitinin xərclənməsi ilə əlaqədardır. Bu xərclər dövlət büdcəsindən və Aİ büdcəsindən maliyyələşdirilib. Nəticədə Latviya Baş Prokurorluğu araşdırmalara başlayıb.

Xatırladaq ki, K.Karinş 2023-cü ilin sentyabrında xarici işlər naziri vəzifəsinə təyin edilib. O, 2019-2023-cü illərdə Latviyanın Baş naziri olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
17
3
Mənbələr
Şərh ()
Bağla