AZ

“Sadəcə, dünən 15 dəqiqə komanda ilə birgə məşğul olmalarına icazə verdik” – Şahin Diniyevdən Ağabala ilə bağlı xoş xəbər

Ağabala Ramazanov noyabrın 3-nü heç vaxt unutmayacaq. Məhz həmin gün “Səbail”in hücumçusu “Turan Tovuz”un müdafiəçisi Faiq Hacıyevlə toqquşmada ağır zədə alaraq yaşıl meydandan uzaq düşdü.

“Football-plus.az”ın əməkdaşı “Səbail”in son məşqindən çəkilən fotolara baxarkən maraqlı məqamla üzləşib. Belə ki, məşqə qatılanlar arasında Ağabala da var. Belə çıxır ki, onun yaşıl meydana dönəcəyi an yetişib? Bu sualla komandanın baş məşqçisi Şahin Diniyevə müraciət etdik:

“Həm Ağabala, həm də Qomis fərdi məşqlərə davam edirlər. Sadəcə, dünən 15 dəqiqə komanda ilə birgə məşğul olmalarına icazə verdik, sonra da ayırdıq. Düşünürəm ki, “Turan Tovuz” və “Qarabağ”la oyunlardan sonra həkimlərin nəzarəti altında hər biri komandaya qoşula bilər. Ancaq formaya düşmələri ücün də iki-üç həftə lazımdı”.

ELMİN
phrase_var_article.chosen
48
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close