AZ

Bu gün ilk Qədr gecəsidir  

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir.

Musavat.com xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasından QMİ-yə məlumat verilib. Təqvimə əsasən, martın 28-dən 29-na keçən gecə ilk Qədr gecəsi başlayacaq. Martın 30-u və aprelin 1-də Qədr gecələri olacaq. Aprelin 5-də isə vəhdət üçün sonuncu Qədr gecəsi olacaq.

Məlumat üçün bildirək ki, hər il bu gecədə insanlar məscidlərə gedər, sübhə qədər ibadət edərlər. Gecə gün batandan səhər sübh azanına qədər davam edən əhya (diriliş, dirçəliş) gecələrində din xadimləri xütbə söyləyir, sonra Cövşən-Kəbir duası oxunur və bu gecənin özünə xas əməlləri həyata keçirilir. Qədr gecəsi Allahın Qurani-Kərimi yer üzünə göndərdiyi həmin gecədir. Qurani-Kərim Həzrəti Məhəmməd (s.s) Peyğəmbərimizə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

Deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Qədr gecələri barədə fikrini bölüşüb: “Ramazanda ən çox verilən suallardan biri də Qədr gecəsi ilə bağlıdır. Əksər İslam alimləri Qədr gecəsinin Ramazanın son 10 gününə təsadüf etdiyini vurğulayırlar. Bu Gecənin fəziləti haqqında Qurani-Kərimin “Qədr” surəsində ətraflı bəhs edilir. Hətta bu gecənin Allah qatında min aydan xeyirli olduğu vurğulanır.

Məhəmməd Peyğəmbər (s) buyurub: "Qədir gecəsini Ramazanın son on gecəsinin tək gecələrində - ayın axırına doqquz, yaxud yeddi, yaxud da beş (gecə) qalmış axtarın”. Allah bütün oruc və duaları qəbul etsin, dövlətimizi, xalqımızı, Prezidentimizi, birlik və həmrəyliyimizi qorusun, bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə şəfa versin”, deyə millət vəkili bildirib.

 

Afaq Mirayiq,
Musavat.com

phrase_var_article.chosen
19
24
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close