AZ

FTX İnquşetiyalı iki keçmiş hakimi terrorçularla əlaqədə şübhəli bilib saxladı

Rusiya Federal Təhlükəsizlik Xidməti İnquşetiya Ali Məhkəməsinin keçmiş hakimi Sergey Boyçuku və həmin respublikanın Maqas rayon məhkəməsinin keçmiş sədri Maqomed Auşevi saxlayıb. Onlar Rusiyada terrorçu kimi tanınan və fəaliyyəti qadağan edilən Şeyx Batal-Hacı Belxoroyevin ardıcıllarının dini hərəkatının hərbi qanadının üzvündən rüşvət almaqda şübhəli bilinir.

Bu barədə Qaynarinfo "Kommersant”a istinadən xəbər verir.

İstintaqın fikrincə, Boyçuk və Auşev adı çəkilən hərbi qanada bağlı iş adamı Adam Kartoyevdən rüşvət alıblar və Kartoyevin özü, qardaşı oğlu və atasının cəzalarının azaldılmasına və uzunmüddətli həbsdən yayınmasına kömək ediblər.

Kartoyev də saxlanılıb. "Kommersant” yazır ki, martın 28-də hər üç şübhəli Moskvaya aparılmalı və həbs edilməlidir. Boyçuk vəzifə səlahiyyətlərindən sui-istifadə və ədalət mühakiməsinə mane olmaqda (RF Cinayət Məcəlləsinin 286-cı maddəsi və Cinayət Məcəlləsinin 294-cü maddəsi), Auşev rüşvət almaqda və ədalət mühakiməsinə mane olmaqda (RF Cinayət Məcəlləsinin 290 və 294-cü maddələr) ittiham olunur. Kartoyev isə rüşvət verməkdə ittiham olunur (RF Cinayət Məcəlləsinin 291-ci maddəsi). 

Qeyd olunur ki, Kartoyev işğal olunmuş Luqanskda saxlanılıb. Sahibkar müəyyən hərbiləşdirilmiş strukturla müqavilə imzalayıb və müharibədə iştirak etməli idi, lakin müstəntiqlərin fikrincə, o, işğal olunmuş Ukrayna ərazilərində tikinti ilə bağlı bizneslə məşğul olub. Boyçuk və Auşev ötən il intizam pozuntuları törətdiklərinə görə hakim statuslarından məhrum ediliblər.

Nizami Bağırov
Seçilən
159
1
Mənbələr
Şərh ()
Bağla