AZ

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb.

Belə ki, uşaq bacısının plastik dırnağı ilə oynayarkən ehtiyatsızlıqdan onu ağzına salıb və dırnaq körpənin nəfəs borusuna ilişib.

Vəziyyətinin ağır olması və yüksək ölüm riski nəzərə alınaraq, təcili bronxoskopiya aparılmasına qərar verilb. Dırnaq körpənin nəfəs borusundan çıxarılıb.
Bacısının

phrase_var_article.chosen
39
15
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close