Azərbaycanda bir sıra tibb müəssisələrində ixtisasına uyğun olmayan işlərdə çalışan, hətta cərrahiyə əməliyyatları edən həkimlərin olduğu barədə məlumat vermişdik.
Məsələn, “Medicina”nın aşkara çıxardığı diplomu olmadan həm plastik-estetik, həm də LOR əməliyyatlar icra edən Fuad Abdullayevi. Məlum olub ki, bütün sosial şəbəkə profillərində plastik, estetik, LOR cərrah kimi özünü tanıdan Fuad Abdullayev əslində ixtisasca ümumi cərrahdır. O, 20 il ümumi cərrah kimi qarın boşluğu orqanları üzrə əməliyyatlar edib, Mərkəzi Dənizçilər Xəstəxanasında çalışıb.
“Lanset Cərrahlıq klinikası”nın baş həkimi Rahim Əliyevin imzasıyla sorğuya cavab olaraq bildirilib ki, Fuad Abdullayevlə bağlanan müqaviləyə xitam verilib, hazırda həmin klinikada çalışmır.
Hər iki cavabdan görünür ki, Fuad Abdullayev “Lanset Cərrahlıq klinikası”nda işləyib. Amma hansı qanunla işləyib? Qanunsuz işlədiyi aşkarlandığı üçün hansı tədbirin görülməsi barədə də heç bir məlumat yoxdur.
İkinci və daha biabırçı fakt ondan ibarətdir ki, istər klinika, istərsə də Səhiyyə Nazirliyinin müvafiq qurumunun faktı gizlətməyə çalışdığı ortaya çıxıb. Çünki işdən çıxarıldığı bildirilən Fuad Abdullayev bu gün də “Lanset Cərrahlıq klinikası”nda fəliyyətini davam etdirir. Bunu klinikayla əlaqə saxlamaqla və ya da həkimin sosial şəbəkə profillərini izləməklə görmək olar.
Yeri gəlmişkən qeyd edək ki, “Lanset Cərrahlıq klinikası”nın direktoru Rahim Əliyev vaxtilə Səhiyyə Nazirinin müavini olub. Görünür, onun Analitik Ekspertiza Mərkəziylə “isti münasibətləri” hələ də davam edir.