AZ

Rayonlararası sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri videokameralarla təchiz ediləcək

Bakı. Trend:

Rayonlararası sərnişin daşımalarında istifadə olunanavtonəqliyyat vasitələri videokameralar ilə təchiz edilməlidir.

Trend xəbər verir ki, bu,Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Müntəzəm və taksi minikavtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyatvasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatınadair tələblər”də əksini tapıb.

Qərara əsasən, müntəzəm sərnişin daşımalarında istifadə olunanavtonəqliyyat vasitələrinin texniki göstəricilərinə dair tələblərmüəyyənləşib.

Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avto-nəqliyyatvasitələri “Yol hərəkəti haqqında” Azərbaycan RespublikasınınQanununa uyğun texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır.Dövri texniki baxışdan keçməmiş müntəzəm daşımalar yerinə yetirənavtonəqliyyat vasitələri sərnişindaşımada istifadə ediləbilməz.

Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyatvasitələrinin salonu isitmə və sərinləşdirmə funksiyalı tamhavalandırma sistemi ilə təchiz edilməlidir.

Müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası(rayonlararası) sərnişin daşımalarında istifadə olunanavtonəqliyyat vasitələri bütün salonu əhatə edən daxili və dördtərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ənazı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmişvideokameralar ilə təchiz edilməlidir.

Müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarındaistifadə olunan avtonəqliyyat vasitələrində qapıları açıqvəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səssiqnalı olmalıdır.

Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyatvasitələrində ilk tibbi yardım qutusu, hər birinin tutumu minimum 4kq-lıq olan və 1 ədədi sürücü olan hissədə, digəri isə salondayerləşdirilməklə və günəş şüalarından qorunması təmin edilməklə 2ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsininsındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq olmalıdır.

Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyatvasitələrinin salonunda sürücünün görməsinə maneə yaratmamaqşərtilə salonu işıqlandıran işıqlar olmalıdır. Sutkanın qaranlıqvaxtı sərnişin daşınarkən, həmin işıqlar yandırılmalıdır.

Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyatvasitələrində sərnişinlər üçün çıxışlar və qəza çıxış yerləriolmalıdır.

Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyatvasitələrinin salonunda maarifləndirici xarakterli əşyalar vəqurğular, habelə gediş haqqının elektron qaydada ödənilməsi üçünödəniş alətləri istisna olmaqla, konstruksiyada nəzərdə tutulmayandigər əşyanın yerləşdirilməsinə yol verilmir.

2024-cü il iyulun 1-dən qüvvəyə minir.

Məqalədə:
Seçilən
14
9
Mənbələr
Şərh ()
Bağla