AZ

Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rənglərinə dair tələb müəyyənləşdi

Bakı. Trend:

Müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşımalarındaistifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili(rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyatvasitələri qırmızı, müntəzəm şəhərlərarası (rayonlararası) vəşəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunanelektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdəolmalıdır.

Trend xəbər verir ki, bu,Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Müntəzəm və taksi minikavtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyatvasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatınadair tələblər”də əksini tapıb.

Qərara əsasən, müntəzəm sərnişin daşımalarında istifadə olunanavtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblərmüəyyənləşib.

Müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası (rayonlararası)sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrindəAzərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinintabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin buTələblərin 1 nömrəli əlavəsində göstərilən nümunəyə uyğun loqosu,qısaldılmış adı (AYNA) və çağrı mərkəzinin nömrəsi olmalıdır.Agentliyin loqosu, qısaldılmış adı və çağrı mərkəzinin nömrəsi hərbir avtobusun banında aşağıdakı qaydada yerləşdirilməlidir:

- banın ön hissəsinin üzərində sağ tərəfdə və banın arxahissəsinin üzərində sağ tərəfdə;

- banın sağ tərəfində ön hissədə, banın sol tərəfində sürücüpəncərəsinin altında.

Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyatvasitələrinin üzərində reklam “Reklam haqqında” AzərbaycanRespublikası Qanununun tələblərinə riayət edilməklə yerləşdirilməlivə bu Tələblərə uyğun yerləşdirilən zəruri məlumatlarıfərqləndirməyi çətinləşdirməməlidir.

Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyatvasitələri marşrut lövhəsi ilə təchiz olunmalıdır. Marşrutlövhəsində marşrutun nömrəsi (beynəlxalq müntəzəm sərnişindaşımaları istisna olmaqla), habelə Azərbaycan dilində başlanğıc,son və əsas aralıq dayanacaq məntəqələrinin adları göstərilməlidir.Marşrut lövhəsi avtobusun ön, arxa və yan tərəflərindəyerləşdirilməlidir.

Beynəlxalq müntəzəm sərnişin daşımaları istisna olmaqla, gedişhaqqı nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən hallardamüntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyatvasitələrinin banının sağ tərəfində giriş qapısına yaxın hissədəgediş haqqının nağdsız ödəniş alətləri vasitəsilə həyatakeçirildiyi barədə məlumat yerləşdirilməlidir.

Müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşımalarındaistifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili(rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyatvasitələri qırmızı, müntəzəm şəhərlərarası (rayonlararası) vəşəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunanelektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdəolmalıdır.

2024-cü il iyulun 1-dən qüvvəyə minir.

Məqalədə:
Seçilən
18
9
Mənbələr
Şərh ()
Bağla