AZ

Azərbaycanda baş məşqçi hakimi döydü

Sosial şəbəkələrdə Azərbaycan futbolunda baş məşqçinin hakimi döyməsi və onu təhqir etməsi ilə bağlı video yayımlanıb.

Publika.az xəbər verir ki, kiçik araşdırmamızdan sonra hadisənin AFFA U-13 Liqasında baş verdiyi məlum olub. "Azəri" komandasının baş məşqçisi Elşən Əliyev "Turan Tovuz"la matçda referiyə qarşı nalayiq hərəkətlər edib. Onun bu davranışı cəzasız qalmayıb. Əliyevin futbolla bağlı hər hansı fəaliyyətinə bir il müddətinə qadağa qoyulub. Bu barədə federasiyanın İntizam Komitəsi qərar qəbul edib.

Görüş yarımçıq dayandırıldığı üçün "Azəri"yə 0:3 hesablı texniki məğlubiyyət də verilib.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla