AZ

Bu gün onların peşə bayramıdır: "DTX, hüquq mühafizə orqanlarımız hər zaman terror məsələlərində çevik olublar"

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb.

Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli bildirib ki, terror törətmək istəyən şəxslərin və onların arxasında duranların bir sıra maraqları var.

"Ölkədə əhali arasında qorxu salmaq, dövlətə inamsızlıq və qarışıqlıq yaratmaq kimi mesajlar verməkdir. Terror etmək istəyən şəxslər həmin ölkənin müstəqil siyasətini qəbul etməyənlər olur.

Azərbaycanın da ərazi bütövlüyünü, suverenliyini, müstəqil xarici siyasət aparmasını istəməyən dövlətlərin olduğunu bilirik. Bu ölkələr açıq şəkildə terror təşkilatlarına dəstək verir. Terror dünyanın böyük və maddi səviyyəsi yüksək olan dövlətlər tərəfindən dəstəklənir. Ermənistanın arxasında olan dövlətlər hər zaman terrora dəstək verib. Bizim yerləşdiyimiz coğrafi bölgədə öz həssaslığı ilə seçilir. Bu hər zaman nəzərə alınır.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti, xüsusi dövlət orqanlarımız, eyni zamanda hüquq mühafizə orqanlarımız hər zaman bu məsələdə ayıq olublar. Bu prosesləri təhlil edib və terror hallarının qarşısını almaq üçün zəruri və peşəkar addımlar atıblar. Azərbaycanda ictimai asayişin qorunması və nəzarət edilməsi çox qürurverici haldır.

Azərbaycanın müstəqilliyini istəməyən ölkələr bizə başqa formada təzyiqlər edirlər. Bu təzyiqlər nəticə verməyəndə isə terror aktları törətməyə çalışırlar. Azərbaycanda hüquq mühafizə və təhlükəsizlik orqanları bu işin öhdəsindən layiqincə gəlir. Bu gün də onların peşə bayramıdır. Onlara bu məsuliyyətli və müqəddəs işlərdə uğurlar arzulayıram".

phrase_var_article.chosen
47
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close