AZ

“Le Fiqaro” qəzeti Makronu ifşa etdi - Aydın Quliyev

“Fransa mətbuatının Makronun dilindən yazığı yazılar onu “dilindən tora” saldı. Çünki qəzet Makronun ermənilərlə səmimi münasibətini göstərməklə bərabər, anti-Azərbaycan, antiQafqaz, antisülh siyasətini ifşa edir”. Bunu hafta.az-a siyasi şərhçi Aydın Quliyev bildirib.
O hesab edir ki, belə qərəzli, hücum xarakterli yazılar fransız auditoriyasına öz liderini tanıması üçün yeni imkan yaradacaq. Fransa ictimaiyyəti bununla fərqinə varmalıdır ki, Makronun apardığı siyasət onun hədəflədiyi dövlətlərdən çox özünə ziyan vuracaq.
A.Quliyev hesab edir ki, Fransa mətbuatında Makronun Qafqazda antisülh siyasəti ilə bağlı yazıların dərc olunması yeni hadisə olmaqla yanaşı, tarixin təzahürüdür. Onun fikrincə, bu, müəyyən mənada dünyanın başqa bölgələrində, o cümlədən Cənubi Qafqazda Azərbaycanın indiyə qədər apardığı informasiya fəaliyyətinin nəticəsi sayıla bilər.
“Fransa mediasının Makron haqqında yazdığı məqalə onun Qafqazda sülh əleyhinə təhlükəli siyasət apardığını bəyan edir. Qəzet Makronu ermənipərəst siyasət aparan ən səmimi, ardıcıl lider kimi göstərərkən, əslində onun işğalçı məfkurəsini ifşa edir. Bu məqalə Makronun Fransada oturaraq dünyanın müxtəlif bölgələrində, eləcə də Qafqazda sülhün bərpa olunmasına qarşı necə çalışdığı və ardıcıl planlar həyata keçirdiyi təsəvvürünü yaradır. Eyni zamanda qəzetdə Makronun Azərbaycan siyasətinə qarşı beynəlxalq konfrans çağırmaq planının baş tutmaması göstərilməklə, ilk dəfə məhz ABŞ-ın bu məsələdə Fransaya dəstək verməməsi ilə Makronun planının pozulduğu deyilir. Dolayısı ilə bu yazının altında Makronun əslində gücsüz, zəif, bacarıqsız bir lider kimi ortalığı qarışdırdığı görünür. Eləcə də Makronun Azərbaycana, Qafqazda sülhə qarşı hazırladığı planları müzakirə etmək üçün Roma Papası ilə görüşmək cəhdi və bu görüşə milliyyətçə erməni olan yazıçını aparması təəşəbbüsünün alınmaması ilə bağlı qeyd olunan məqamlar göstərir ki, Makronun apardığı siyasət irticaçı xarakterlidir və bunu Qərbdəki müttəfiqləri də dərk edir”.

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla