AZ

“Crocus”-un taleyi Putinin qərarından asılıdır – Emin Ağalarov yanğınla bağlı bəzi məsələlərə aydınlıq gətirdi

“Hesab edirəm ki, biz qubernatorun, hakimiyyətin, bəlkə də cənab Prezidentin fikrini və xalqın ümumi fikrini rəhbər tutacağıq”.“AzPolitika” xəbər verir ki, bunu “Crocus Sity Hall”-un gələcək taleyi ilə bağlı danışan Emin Ağalarov deyib. Rusiya mətbuatına açıqlama verən Ağalarov qeyd edib ki, terror aktı nəticəsində yanan “Crocus Sity” kimi konsert zalının tikintisinə təxminən 150 milyon dollar lazımdır. Emin Ağalarov qeyd edib ki, dağıdılmış konsert zalının bərpasına tərəfdardır. Lakin hər şey ölkə rəhbərliyindən və cəmiyyətin mövqeyindən asılıdır. O, bildirib ki, “Crocus Group” konsert zalının dağıdılması səbəbindən işsiz qalan 300-dən çox “Crocus City Hall” əməkdaşını işlə təmin etməyi planlaşdırır.Ağalarov qeyd edib ki, terror aktı vaxtı baş verən yanğın zamanı “Crocus”da yanğından mühafizə və tüstüdən təmizləmə sistemi normal işləyib. Ağalarov həmçinin bildirib ki, terror aktı baş verən zaman binanın təcili çıxış qapıları açıq olub: ““Crocus City Hall”da kifayət qədər yanğın çıxışı var. Qapıların bağlı olduğu yerlərdə isə bunlar yanğın çıxışları deyil, xidməti otaqlardır. Çünki pərdə arxasında çoxlu soyunub-geyinmə otaqları, çoxlu səsyazma studiyaları, anbarlar var və bir çox texniki dəhlizlər geriyə - foyeyə aparır”.Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskovun dediyinə görə, “Crocus Sity Hall”-un taleyi ilə bağlı məsələ hazırda Kremlin gündəmində deyil.


“AzPolitika.info”

phrase_var_article.chosen
153
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close