AZ

Qazaxın 7 kəndi sülh yolu ilə qaytarılacaq: Sülh, yoxsa savaş?

Qazax rayonunun erməni işğalı altında olan 7 kəndi ilə bağlı məsələ son günlər çox aqressiv formada gündəmə gəlib. 

Söhbət ötən əsrin 90-cı illərində ermənilər tərəfindən  işğal olunmuş Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara,  Aşağı Əskipara və Xeyrimli kəndlərindən gedir. 

Bir neçə gün öncə Ermənistan Müdafiə Nazirliyinin bir rəsmisi kəndləri müharibəsiz qaytarmayacaqlarını bəyan etdi. 

Kəndlər sülh, yoxsa savaş yolu ilə qaytarılacaq?

Cəmiyyəti çox narahat edən bu sualla siyasi ekspertlərin fikrini öyrənmək istədik.

Hit.az-ın sualını cavablayan siyasi ekspert Məhəmməd Əsədullayev bildirib ki, 7 kəndin qaytarılması istiqamətində addımlar atılır. 

“Ehtimal edirəm ki, yeni savaş olmayacaq. Qazağın 7 kəndi ilə bağlı məsələ6 delimitasiya mövzusudur. Bu məsələnin sərhədlərin delimitasiyası və demarkasiyası prosesində öz həllini tapacağı hər zaman vurğulanır. Bir müddət öncə Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirmişdi ki, Qazaxın 7 kəndi və digər məsələlər delimitasiya kontekstində həllini tapmalıdır. Hazırda 4 kəndin qaytarılması barədə danışıqlar gedir və Ermənistan 4 kəndin qaytarılması məsələsini qəbul edir. Anklav olan kəndlərin də taleyi danışıqların predmeti olacaq. Məsələ ya mübadilə ya kompensasiya yolu ilə də həllini tapa bilər.

Delmitasiya prosesi Ermənistanın Tavuş rayonundan başlayacaq. Düzdür, revanşistlər prosesə mane olmağa çalışırlar və çalışacaqlar. Paşinyana düşmən olan qüvvələr bu məsələdən öz xeyirlərinə istifadə etmək üçün münaqişənin alovlanmasında maraqlıdırlar. Amma Paşinyan da yaxşı bilir ki, növbəti dəfə savaş təbilləri çalınsa, Azərbaycan ordusu gedib, İrəvana qədər çıxa bilər. Ona görə, bu məsələnin danışıqlar yolu ilə həllinə inanıram”,- deyə o bildirib.

Murad

Seçilən
13
48
Mənbələr
Şərh ()
Bağla