AZ

Taksilərdə POS-terminal olmalıdır - Yeni TƏLƏB

Bakı. Trend:

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadəolunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblərmüəyyənləşib.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu güntəsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texnikigöstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiqedilməsi haqqında qərarda əksini tapıb

Taksi minik avtomobillərində sərnişin üçün ön oturacağın cihazpanelində yaxşı oxuna biləcək şəkildə sürücünün soyadı, adı,fotoşəkli, eləcə də daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı,ünvanı, əlaqə nömrəsi, avtonəqliyyat vasitəsinin buraxılış kartınınnömrəsi göstərilən 110x60 mm ölçüdə məlumat lövhəsi olmalıdır (3nömrəli əlavə).

Taksi minik avtomobilləri gediş haqqının qiymətini müəyyənetməyə imkan verən taksometr və ya taksometr funksiyalarını yerinəyetirən proqram təminatı olan mobil cihaz ilə təchizedilməlidir.

Taksometr və ya müvafiq proqram təminatını göstərən mobil cihaztaksi minik avtomobilinin salonunda sərnişinlərin rahat məlumatalmaları üçün uyğun yerdə quraşdırılmalıdır.

Gediş haqqı taksometr və ya taksometr funksiyalarını yerinəyetirən proqram təminatı vasitəsilə müəyyən olunduqda taksometr vəya müvafiq proqram təminatını göstərən mobil cihaz taksi minikavtomobilinin salonunda sərnişinlərin rahat məlumat almaları üçünuyğun yerdə quraşdırılmalıdır.

Taksi minik avtomobilinin salonu təmiz, səliqəli saxlanılmalı vəxoşagəlməz qoxular olmamalıdır.

Taksi minik avtomobillərində sərnişinlər tərəfindən yaxşı görüləbilən yerdə daşınma haqqının tarifləri 4 nömrəli əlavədəgöstərilmiş nümunəyə uyğun lövhə şəklində yerləşdirilməlidir.

Taksi minik avtomobilində sərnişinlər tərəfindən yaxşı görünənyerdə lövhədə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsininolması təmin edilməlidir.

Hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişindaşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsızödəniş üçün POS-terminal olmalıdır.

phrase_var_article.chosen
77
25
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close