AZ

CAR lideri Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril RamafozaPrezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki,məktubda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizmünasibətilə Cənubi Afrika Respublikasının Hökuməti, xalqı adındanvə şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.

Cənubi Afrika Respublikası ölkələrimiz arasında müxtəlifsəviyyələrdə,
o cümlədən ikitərəfli, regional, kontinental və qlobal çağırışlarlabağlı məsələlər üzrə əməkdaşlıq etmək üçün platforma yaratmağaimkan verən tarixi və siyasi əlaqələrimizə möhkəm sadiqdir. CənubiAfrika Respublikasının Hökuməti Azərbaycanla mövcud olan möhkəməlaqələri, Azərbaycan xalqı və Hökuməti ilə həmrəyliyi daha dainkişaf etdirmək niyyətindədir.

Azərbaycan xalqı Sizin liderliyinizə inamını təsdiqlədi. MənCənub-Cənub əməkdaşlığını və ümumi inkişafın, qlobal bərabərliyin,sosial ədalətin təşviqini daha da irəli aparmaq üçün Sizinlə birgəişləməyi səbirsizliklə gözləyirəm.

Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövlətifəaliyyətinizdə uğurlar arzulayır, əməkdaşlığımızın gələcəkdə dədavam edəcəyinə inamımı ifadə edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahişedirəm".

phrase_var_article.chosen
17
25
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close