AZ

Taksilərdə videokameralar quraşdırılacaq, avtomobillər “avro-5” ekoloji standartına uyğun olmalıdır - YENİ TƏLƏB

Bakı. Trend:

Taksi minik avtomobili ilə sərnişin daşımalarında stifadə olunanavtonəqliyyat vasitələrinin texniki göstəricilərinə dair tələbləraçıqlanıb.

Trend xəbər verir ki, bu,Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Müntəzəm və taksi minikavtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyatvasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatınadair tələblər”də əksini tapıb.

Qərara əsasən, sərnişin daşımalarını yerinə yetirən taksi minikavtomobilləri (bundan sonra - taksi minik avtomobilləri) “Yolhərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğuntexniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır.

Taksi minik avtomobilləri ilə sərnişin daşımalarında mühərriklivə ya elektrik mühərrikli avtomobil nəqliyyatı vasitələri istifadəoluna bilər. Taksi minik avtomobilləri kimi AzərbaycanRespublikasının 2002-ci il 12 fevral tarixli 261-IIQ nömrəli Qanunuilə qoşulduğu Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadiKomissiyasının Daxili Nəqliyyat Komitəsi çərçivəsində imzalanmış“Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrindəquraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahidtexniki qaydaların və bu qaydalar əsasında verilən razılıqlarınqarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında”Müqavilənin tələblərinə uyğun olaraq müəyyən edilmiş M1kateqoriyasına aid minik avtomobilləri istifadə oluna bilər.

5İkiqapılı (siyirmə qapısı olan minivenlər istisna olmaqla),fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunanəlilliyi olan şəxs üçün avtonəqliyyat vasitələrinin taksi minikavtomobilləri kimi istismarına yol verilmir.

Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normalişıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitməfunksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməriilə təchiz edilməlidir.

Taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydəaldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaşqurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır.

Taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartınauyğun olmalıdır.

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılıştarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir.

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılıştarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatıvasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarındaistifadə oluna bilməz.

2024-cü il iyulun 1-dən qüvvəyə minir.

Məqalədə:
phrase_var_article.chosen
13
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close