AZ

Azərbaycanda sayğaclar ikiqat hesablayır

Əhali arasında kommunal xidmətlərin qiymətləri və tarifləri ilə bağlı yetərincə narazılıq var. Xüsusən qaz və işıqla bağlı müəyyən limitlərin tətbiqi bir çox vətəndaşa kommunal ödənişləri ödəməkdə çətinlik yaradır. Cəmiyyətdə etiraz doğuran digər nüans isə təqdim olunan tariflərlə bağlıdır.

Publika.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan kommunal məsələr üzrə ekspert Elçin Bayramlıbildirib ki, ölkədə kommunal xidmətlərin qiymətləri bahadır:

“Ümumiyyətlə bir ölkədə məhsul və xidmətlərin qiymətləri vətəndaşların gəlir səviyyəsinə adekvat olmalıdır. Bizdə isə kommunal qiymətlər çox bahadır. Nominal məbləğdə götüsək, başqa ölkələrdən ucuzdur. Amma nəzərə alsaq ki, Avropa ölkələrində maaş məbləği bizdən 10 dəfə yüksəkdir, onda məlum olur ki, hesablama prinsipi belə aparılmamalıdır. Bu nisbi aparılmalıdır. Məsələn, minimum maaş 345 manatdırsa, həmin məbləğdən nə qədər su, qaz və işıq ala biləcəyinə baxmaq lazımdır. Belə götürsək, bizdə kommunal xidmətlərin qiymətləri olduqca pik və acınacaqlıdır. Ona görə də qiymətlər təyin edilərkən əhalinin maaş və pensiyaları nəzərə alınmalıdır”.

Ekspert sayğaclar və qəbzlərdə qeyd olunan məbləğlərlə bağlı da ciddi problemlərin olduğunu diqqətə çatdırıb:

phrase_var_article.chosen
18
2
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close