AZ

Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya veriləcək

Nazirlər Kabineti “Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nı təsdiqləyib.APA-nın xəbərinə görə, marşrut üzrə sərnişindaşıma fəaliyyəti ilə əlaqədar subsidiya verilməsi məqsədilə aşağıdakı gəlirlər nəzərə alınır:- gediş haqları üzrə gəlirlər;- sair gəlirlər (reklam və sərnişindaşıma fəaliyyəti ilə əlaqədar yaranan digər gəlirlər).Marşrut üzrə sərnişindaşıma fəaliyyəti ilə əlaqədar subsidiya verilməsi məqsədilə aşağıdakı xərclər nəzərə alınır:- marşrutlar üzrə stansiyalarda, qatarlarda olan işçilərin və bu marşrutlara bilavasitə xidmət edən digər struktur vahidlərində çalışan işçilərin əməkhaqqı və əməkhaqqına görə ayırmalar;- enerji xərcləri;- hərəkət tərkibinin təmiri və ehtiyat hissələri ilə bağlı xərclər;- sığorta xərcləri;- müvafiq marşrut üzrə istifadə olunan dəmir yolu stansiyalarının və sərnişin platformalarının saxlanma və istismar xərcləri;- Sərnişindaşıma departamentinin aparatının saxlanması ilə bağlı xərclər (ümumi xərclərdə xüsusi çəkisi tapılmaqla hesablanılır);sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi zamanı istifadə olunan və öz vəsaitləri hesabına əldə olunan əsas vəsaitlərin amortizasiya məbləği;- sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi zamanı istifadə olunan əsas vəsaitlərin öz vəsaitləri hesabına kapitallaş-dırılmış əsaslı təmir məsrəfləri üzrə amortizasiya məbləği;- sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi üçün əsas vəsaitlərin alınması (tikilməsi və ya quraşdırılması) ilə əlaqədar əldə edilmiş kreditlər üzrə faiz məbləğləri və gəlirdən çıxılan vergilər;marşrutlar üzrə infrastrukturun istismarı və saxlanması xərcləri;- xidmətin göstərilməsi üçün digər əməliyyat xərcləri;- birbaşa sərnişindaşıma fəaliyyətinə aid edilməsi mümkün olmayan xərclər (ümumi xərclərdə xüsusi çəkisi tapılmaqla hesablanılır).Daşıyıcının dəmir yolu nəqliyyatı vasitəsilə marşrut üzrə ardıcıl ikiillik sərnişindaşıma fəaliyyəti zərərlə nəticələndiyi halda, daşıyıcıya subsidiya verilir.Subsidiya daşıyıcının bu Qaydaların 3-cü hissəsində göstərilən qaydada hesablanılmış ortaillik xərc məbləğinin 50 faizindən və ortaillik zərər məbləğindən artıq olmamaqla müəyyən edilir.Subsidiya məbləğinin müəyyən edilməsi üçün ortaillik zərər məbləği və ortaillik xərc məbləği aşağıdakı kimi hesablanılır:- ikiillik dövr ərzində sərnişinlərin cəmi sayı (Sfp) keçən maliyyə ili və cari ilin birinci yarımillik dövrü üzrə faktiki sərnişinlərin sayı və cari ilin ikinci yarımillik dövrü üzrə gözlənilən sərnişinlərin sayının cəmindən ibarət olmaqla aşağıdakı düstura əsasən hesablanılır:Sfp = Sf + Sf1 + Sp- bir sərnişinə düşən orta çəkili gəlir məbləği (Gs) bu Qaydaların 2.1-ci bəndi ilə müəyyən edilmiş gəlir növləri üzrə ikiillik gəlirlərin (keçən maliyyə ili, cari ilin birinci yarımillik dövrü üzrə faktiki gəlirlərin və ikinci yarımillik dövrü üzrə gözlənilən gəlirlərin) cəmi məbləğinin həmin dövr ərzində sərnişinlərin cəmi sayına bölünməsi ilə aşağıdakı düstura əsasən hesablanılır:Gs = [Gf + Gf1 + Gp] / Sfp- bir sərnişinə düşən orta çəkili xərc məbləği (Xs) bu Qaydaların 2.2-ci bəndi ilə müəyyən edilmiş xərc növləri üzrə ikiillik xərclərin (keçən maliyyə ili, cari ilin birinci yarımillik dövrü üzrə xərclərin və ikinci yarımillik dövrü üzrə gözlənilən xərclərin) cəmi məbləğinin həmin dövr ərzində sərnişinlərin cəmi sayına bölünməsi ilə aşağıdakı düstura əsasən hesablanılır:Xs = [Xf + Xf1 + Xp] / Sfp- bir sərnişinə düşən orta çəkili gəlirdən 1 sərnişinə düşən orta çəkili xərc məbləği çıxılmaqla fərq hesablanılır;F = Gs - Xs- fərq məbləği mənfi olduğu təqdirdə bir sərnişinə düşən orta çəkili zərər (mənfi fərq) məbləği həmin dövr (iki maliyyə ili) ərzində dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin ortaillik sayına vurulmaqla ortaillik zərər məbləği (Zs) aşağıdakı düstura əsasən hesablanılır:F <0, zs = fsor = sfp /2z = zs x sorsubsidiyanın məbləği ortaillik xərc məbləğinin 50 faizindən və ortaillik zərər məbləğindən artıq olmamaqla aşağıdakı kimi müəyyən edilir.[xs x sor] x 50%

phrase_var_article.chosen
103
6
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close