AZ

Bayram günlərində qəzaların və ölənləri sayı açıqlandı

Novruz bayramı ilə əlaqədar mart ayının 20-dən 27-dək müəyyən edilmiş istirahət günlərində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 39 yol nəqliyyat hadisəsi qeydə alınmışdır ki, nəticədə 7 nəfər həyatını itirib.

Milli.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm faktı 36 faiz azalıb.

Qeyri iş günlərində Baş DYP İdarəsinin bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərmiş və demək olar ki, bütün stasionar postlarda gündəlik nəzarət tədbirləri həyata keçirilib.

Baş DYP İdarəsi tərəfindən yollarda baş verə biləcək ağır nəticəli qəzaların qarşısının alınasına yönəlmiş profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

phrase_var_article.chosen
14
21
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close