AZ

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Novruz

Bakı, 28 mart, AZƏRTAC

Novruz bayramı ilə əlaqədar martın 20-dən 27-dək müəyyən edilmiş istirahət günlərində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 39 yol-nəqliyyat hadisəsi qeydə alınıb və bunun nəticəsində 7 nəfər həyatını itirib.

Baş Dövlət Yol Polis (DYP) İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm faktı 36 faiz azalıb.

Qeyri-iş günlərində Baş DYP İdarəsinin bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərib və demək olar ki, bütün stasionar postlarda gündəlik nəzarət tədbirləri həyata keçirilib.

Baş DYP İdarəsi tərəfindən yollarda baş verə biləcək ağır nəticəli qəzaların qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.

phrase_var_article.chosen
60
26
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close