AZ

İstifadəçilər ən çox bu “iPhone” modellərini sevirlər - Təəccüblənəcəksiniz

Yeni “iPhone 15”in “Apple”ın ən məşhur smartfonuna çevrilməsinə baxmayaraq, istifadəçilər nadir və fərqli cihazlara  daha çox üstünlük verirlər.

Lent.az “AnTuTu” portalına istinadən xəbər verir ki, brend ən çox sevilən “Apple” cihazlarının ənənəvi reytinqini yeniləyib. Siyahıya Amerika istehsalçısının həm smartfonları, həm də planşetləri daxildir.

10,5 düymlük “iPad Pro 2” 96,69% müsbət rəylə “Apple” reytinqində liderlik edib. Bu planşetin istehsalı çoxdan dayandırılıb, lakin brendin pərəstişkarları ondan istifadə etməyə davam edirlər. Onu 96,43% balla 2020-ci ildə buraxılan “iPad Air 4” izləyir.

Ancaq yalnız smartfonlara baxsanız, lider 95,97% reytinqlə “iPhone 12 mini” olub. Bu smartfon kiçikdir və bir əllə istifadə etmək rahatdır - o, 5,4 düymlük OLED displey, monoqaş və düz çərçivəli şüşə korpusa malikdir. Həm də 2020-ci ilin ən güclü prosessoru və 12 meqapiksellik optimal ikili kameraya sahibdir.

“Apple” smartfonlarının siyahısında ikinci yerdə ikinci nəsil “iPhone SE” qərarlaşıb. Sorğu zamanı bu mobil cihaza müsbət reaksiyaların sayı 95,01%-ə qədər olub. Bu “iPhone” yalnız 4,7 düymlük ekranına görə digər cari telefonlardan fərqlidir. Dizayn cəhətdən elə də müasir deyil, lakin telefon bir əldə çox rahat şəkildə oturur.

Beləliklə, 2024-cü ildə istifadəçilər daha müasir versiyalarla müqayisədə yığcam dizayna malik “vintage iPhone”ları çox sevirlər.

Bildiyiniz kimi, kompakt “iPhone 12” və “132 mini buraxıldıqdan sonra “Apple” iki il ardıcıl olaraq “mini” modeli böyük ekranlı “plus” modeli ilə əvəz edib. Çox güman ki, gələcəkdə şirkət 6 düymdən kiçik ekrana malik “iPhone”u buraxmayacaq.


 

phrase_var_article.chosen
114
24
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close