AZ

Putin Moskvadakı terrorun qisasını belə alacaq - AÇIQLANDI

Rusiya prezidenti Vladimir Putin martın 22-də Moskvada törədilən terror aktının cavabsız qalmayacağını bildirib. Putin rus xalqına terror qurbanlarının qisasının alınacağını vəd edib. Rusiya dövlət başçısının bu bəyanatı müzakirələrə səbəb olub. Ukrayna rəsmiləri Vladimir Putinin açıqlamasından daha çox narahat olaraq, fövqəladə rejimdə fəaliyyətə keçiblər. 

Putinin qisas vədi nə dərəcədə realdır? Rusiya 150-yə yaxın insanın ölümü ilə nəticələnən qanlı terakta görə kimi cəzalandıracaq? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarlı bildirib ki, Putin məlum çıxışında terror aktının iştirakçısı kimi məhz elə Ukraynanı işarə edib: 

“Bu hadisədə bir-birini inkar edən, olduqca ziddiyətli faktlar ortaya çıxıb. İndi əsas məsələ, bu terror aktını kimin təşkil etməsindən çox onun nəticələrindən kimin istifadə edəcəyidir. Siyasi məntiqə uyğun olaraq bundan hər bir tərəf öz xeyrinə istifadə etməyə çalışır. Putinin bəyanatı onu göstərir ki, Rusiya bu terror aktında günahı məhz Ukraynada axtarır. Amma digər tərəfdən bu qanlı terakt Rusiyanı terrorizmə qarşı Qərblə birgə mübarizə aparmağa sövq edəcək. Ancaq bu Rusiyanın xeyrinə olan bir məsələ deyil. Təbii ki, siyasi dialoqun nəticəsində Ukrayna münaqişəsi ilə bağlı hansısa modellər müzakirə oluna bilər”. 

Tofiq Zülfüqarlı terror aktının törədilməsində İŞİD-in əli olması barədə də danışıb: 

“Terror aktından öncə Fransa prezidenti Emmanuel Makron Rusiyaya qarşı ön cərgədə müharibə etmək istəyirdi. Amma indi elə görüntü yaratmaq istəyir ki, Rusiya və Fransa eyni mövqedən çıxış edə bilər. Bu terror aktının təşkilində İŞİD-in də adı hallanır. Bu kimi terror təşkilatları böyük güclər tərəfindən proksi kimi istifadə olunur. Bu baxımdan istənilən ölkə bu cür təşkilatlardan istifadə edə bilər. Düzdü, İŞİD-in əsas strukturu darmadağın edilib, amma ondan geriyə qalan hansısa kiçik təşkilatlar kiminsə oyuncağı kimi istifadə oluna bilər”. 

Nazim Hacıyev 


Telegram kanalımız
phrase_var_article.chosen
45
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close