AZ

Bu bürclərlə bağlı AÇIQLAMA - İkiüzlü və qətiyyətsiz...

Bir insanla ilk tanış olanda şərh vermək, mühakimə, tənqid etmək çox asandır. Bəzən rastlaşdığımız şəxsləri tipik bir kateqoriyaya salıb ümumiləşdiririk. Təəssüf ki, tez-tez etdiyimiz bu davranış yanlış düşüncələrə səbəb olur.

 

Sfera.az bu dəfə astrologiyada yanlış anlaşılan bürclərlə bağlı məlumatları təqdim edir.

 

Əqrəb bürcü - Astrologiyanın “ən qaranlıq bürcü” olaraq xarakterizə edilir. Bu bürcün kişi və qadınları insanlarla ünsiyyətdə həmişə ehtiyatlı və diqqətli olurlar. Əqrəblərin “döyüş qalxanları” qarşılarına çıxa biləcək mümkün təhlükələrə qarşı həmişə açıqdır. Onların ehtiyatlı davranışları soyuqqanlı olduqları ilə bağlı təsəvvürlər yaradır. Lakin bu, düzgün deyil. Əqrəblər sırf təhlükədən qorunmaq üçün insanlara qarşı soyuq və uzaq olurlar. Bir mühitdə onlara uyğun olmayan şeylər varsa, orada qalmaqdansa, getməyi üstün tuturlar.

 

Qız bürcü – Onlar darıxdırıcı, mükəmməlliyyətçi kimi xarakterizə edilir. Amma bunlar çox şişirdilmiş təsvirlərdir. Bir çox insanlar qız bürclərinin niyə bu qədər təfərrüat yönümlü olduğunu anlamaq istəməyə bilər. Onlar tənqidi xasiyyətinə görə çox danışır. Əslində qız bürclərinin belə rəftarının yeganə səbəbi hər kəsi ən yaxşı olmağa sövq etmələridir. Bu səbəblərdən onlar sosial sferalarında ən çox səhv başa düşülən bürclər arasındadır.

 

Şir bürcü - Mehriban və dostcanlı olurlar. Bununla belə, diqqət mərkəzində olmağı sevən və həmişə yaşadıqları mühitin ulduzu olmaq istəyən şirlər çox yanlış anlaşıla bilər. Şirlər dayanmadan çalışırlar. İnsanların onlara güvənməsi çox vacibdir. Hər kəs şir bürcünün bu davranışını özünü göstərmək kimi qəbul etsə də, həqiqət belə deyil. Şirlər çalışqan və qayğıkeş rəftarları ilə özünü göstərməyə çalışmaz. Sadəcə olaraq insanların etimadını və razılığını qazanmaq istəyirlər.

 

Xərçəng bürcü - Emosional təbiəti ilə ən məşhur bürclərdən biridir. Duyğusal xarakterinə görə bir çox mövzuda tez-tez göz yaşlarına boğulurlar. Xərçəng bürcü bəzən səhv başa düşülə bilər. Əslində onları düzgün tanıdığınız zaman və qərəzli olmasanız, bu bürcün nümayəndələrinin nə qədər yaxşı və qayğıkeş olduqlarını görəcəksiniz. Xərçəng bürcü ilə tanış olduqca onların müsbət xarakterini dərk edəcəksiniz.

 

Əkizlər bürcü – Hər zaman ikiüzlü və qətiyyətsiz olmaqda günahlandırılırlar. Lakin onlar ağıllıdırlar, yüksək ünsiyyət bacarığına malikdirlər, əylənməyi və danışmağı sevirlər. Bu səbəblə əkizlər bürcünə qarşı qərəzli olmamalısınız. Onlar yalnız dəyişkən təbiətlərinə görə anlaşılmazlıqlarla qarşılaşırlar.

 

Türkan

Seçilən
31
50
Mənbələr
Şərh ()
Bağla