AZ

ABŞ-də test zamanı bir milyon dollarlıq superkar darmadağın oldu - FOTO

ABŞ-nin “Gunther Werks” şirkəti tərəfindən “Laguna Seka” trekində həyata keçirilən sınaqlar zamanı 750 at qüvvəsinə malik yeni restomod - “Porsche 993”ün prototipi məhv olub.

Bu barədə şirkətin özündən xəbər verilib. 

Bildirilib ki, avtomobilin qiyməti təxminən bir milyon dollardır.

Qeyd edək ki, restomod klassik avtomobilin tarixi görünüşünün maksimum saxlanılması şərti ilə digər texniki xüsusiyyətlərinin modernləşdirilməsidir. 

“Təəssüf ki, “GW” prototipinin trekdən çıxması və əhəmiyyətli zərər görməsi səbəbindən sınaqların ikinci günü vaxtından əvvəl başa çatıb. Bununla belə, məqsədə çatdıq, dövrəvi nəticələr müəyyən etdik. Hazırda avtomobil təmir edilir, biz isə dərsimizi aldıq”, - deyə şirkətdən bildirilib.

İddialara görə, avtomobili 24 saatlıq Le Man, 24 saatlıq Daytona və 12 saatlıq Sebrinq marafonlarında qalib gələn “Porsche” sürücüsü Patrik Lonq idarə edib. Lakin bu məlumatın rəsmi təsdiqi yoxdur.

oxu.az

Seçilən
78
1
Mənbələr
Şərh ()
Bağla