AZ

Bugünümüzə və sabahımıza yaramayan xorvat balası

Azərbaycan millisi "FIFA series - Edition 2024" layihəsini başa vurdu.

Doğma meydanda Monqolustan yığmasını qəbul edən yığma minimal hesablı qələbəyə (1:0) sevindi.

Qarşılaşmada vurulan yeganə qolun müəllifi Bəhlul Mustafazadə oldu.

O, 90+2-ci dəqiqədə baş zərbəsi ilə vurduğu qolla yoldaşlarını növbəti fiaskodan xilas etmiş oldu.

Monqollar önündə son anda rusvayçılıqdan qurtulmağımız barədə günlərdi danışılır.

Mənim diqqətimi çəkən, sizinlə bölüşmək istədiyim başqa məsələdir.

Hamı bilir ki, görüş yoxlama xarakteri daşıyırdı. Layihə çərçivəsində keçirilən matçların sonunda nə qalib var, nə də hansısa böyük yarış üçün vəsiqə.

Bəs belədə 32 yaşlı Filip Ozobiçin start heyətində nə işi vardı?

33 yaşı olmasına 5-10 gün qalmış xorvatiyalı nə bu gün üçün yarayır, nə də gələcək.

O zaman dünya sıralamasında 190-cı pillədə qərarlaşan bir milli komanda ilə yoxlama matçında niyə Ozobiç ilk "onbirlik"də meydanda olmalıdır?

Bunun üçün heç bir əsas yoxdur. Düzdü, Ozobiç zəif futbolçu deyil. Bir çox azərbaycanlıdan üstün də çıxış edir. Amma söhbət konkret olaraq son matçdan gedir.

Gənc deyil ki, gələcəyə hesablandığını düşünəsən. Qarşılaşmanın da ciddi əhəmiyyəti yoxdur ki, təcrübəsindən yararlanmağı ağıl edək.

Ən ağırı da odur ki, belə anlaşılmaz qərarı De Byazinin və Yurçeviçin başçılıq etdiyi məşqçilər korpusu yox, azərbaycanlı balası Arif Əsədov və bütünlüklə yerli mütəxəssislərdən cəm olan məşqçilər korpusu verib. İndi kim(lər)dən kim(lər)ə şikayət edək?

XANOĞLAN İMANOV

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla