AZ

163 dövlət əmlakı üzrə hərrac keçiriləcək

9, 16, 23 və 30 aprel tarixlərində keçiriləcək hərraclara 163 dövlət əmlakı çıxarılacaq, iştirakçılara səhmdar cəmiyyətlərinin səhm paketinə, kiçik dövlət müəssisəsinə və nəqliyyat vasitələrinə sahib olmaq imkanı yaradılacaq. 

Fins.az-a verilən məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 9, 16, 23 və 30 aprel tarixlərində keçiriləcək hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi və 158 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərracda iştirak edəcək şəxslər xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Ucar İnşaat Xidmət”, “Əli Bayramlı Konserv”, “Biləsuvar Broyler” və “Zaqatala Fındıq” səhmdar cəmiyyətləridir.  

Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 25.676 manatla 838.868 manat arasında dəyişir.   
Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi Ağstafa rayonunda yerləşən "Qərb Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyətidir. İnvestorlara 1.710.500 manat ilkin qiymətlə təklif olunan müəssisənin ümumi faydalı sahəsi 4.188 kvadratmetr, torpaq sahəsi isə 12.000 kvadratmetrdir. 

Hərraclara çıxarılan nəqliyyat vasitələri əsasən Rusiya, Almaniya, İtaliya və Koreya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1978-2018-ci illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə //clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

Günel Məlikzadə
Fins.az

Seçilən
60
8
Mənbələr
Şərh ()
Bağla