AZ

Hibrid və elektromobillərə maraq durmadan artır:Üstünlükləri nələrdir?

Bu gün hibrid və elektromobillərə tələbat artıb. Bu növ avtomobillər ekologiyaya və insan sağlamlığına zərər vermir. Məlumdur ki, hibrid maşınlar adi nəqliyyat vasitələrinə nisbətən çox sayda üstünlüklər təqdim edirlər. Ən önəmli  üstünlüyü aşağı enerji istehlakıdır. Benzin istehlakı adi bir avtomobilinkindən xeyli aşağıdır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Sıradan çıxmış maşınların üzərində kosmetik dəyişiklik edərək Azərbaycana gətirirlər

Ekspert bildirib ki, hibrid və elektromobillər avtomobil bazarında canlanma yaradır: “Bu avtomobillərin müasir növlərinə üstünlük verilməlidir. Ən çox işlənmiş, sıradan çıxmış maşınların üzərində kosmetik dəyişiklik edərək alverçilər tərəfindən Azərbaycana gətirilir. Bu avtomobillərdən yaxa qurtarmaq üçün avtomil bazarında ciddi dəyişikliklər etmək lazımdır.

Azərbaycanda hibrid və elektromobillərə güzəştlər tətbiq edilməlidir. Dillerler yeni kampaniya başladıblar. Rəsmi zəmanət 6 il müddətinə götürülür. Digər tərəfdən 150-160 min km zəmanət verilir.

Hal-hazırda banklarda hibrid və elektromobillərə güzəştli kreditlər verilir. Bunün özü çox  müsbət addımdır”.

Nigar Orucova, “İki sahil”

Seçilən
58
11
Mənbələr
Şərh ()
Bağla