AZ

Yolda dayanıbsərnişin düşürən avtobus sürücüsü avtomobilləri heçə saydı - VİDEO

Binəqədi rayonu Biləcəri qəsəbəsində  qayda pozan avtobus sürücüsü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 27-si günorta saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, 90-RP-867 dövlət nömrə nişanlı 91 saylı marşrut üzrə hərəkət edən avtobusun sürücüsü yolun hərəkət hissəsində dayanaraq sərnişinləri düşürüb. Bu zaman yolda sıxlıq yaranıb və sürücülər siqnal verərək ona xəbərdarlıq ediblər. Lakin avtobus sürücüsü digər hərəkət iştirakçılarına əhəmiyyət vermədən bir müddət yolda dayanıb. 
Qeyd edək ki, avtobusu dayanacaqdan kənarda saxlayan sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 100 manat məbləğində cərimə olunur. 

Nərmin

Seçilən
153
14
Mənbələr
Şərh ()
Bağla