AZ

"Vətəndaş hansısa problemin həllində əziyyət çəkməyəcəyi gün, bələdiyyə sistemi inkişaf edib deyəcəyik"

“Bu günlərdə Bələdiyyə Assosiasiyası yanında administrasiyanın təşəbbüsü ilə Əmlak Məsələləri üzrə Dövlət xidməti ilə görüş keçirildi. Bu görüşün təsirinin olacağını düşünürəm. Hər bir halda bələdiyyələrin maliyyə gəlirlərinin, büdcə gəlirlərinin artırılması o cümlədən onların öz ərazilərindən çəki, hörmət və nüfuzunun artması üçün bütün orqanlar, mərkəzi icra orqanları da müəyyən mənada etimadsızlıq məsələsini kənara qoymalıdırlar və bələdiyyələrə qarşı olan münasibəti dəyişməlidirlər. Müəyyən addımlar atmalıdırlar ki, bələdiyyələr öz ərazilərində lazım olan çəkini nüfuzu qazanmış olsunlar”. Bu barədə Bizimyol.info xəbər portalına “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli danışıb. Sədr bildirib ki, ilkin olaraq atılmış addımlardan biri də bələdiyyələrin birləşdirilməsinin həyata keçirilməsidir. Bununla bağlı qanunvericilikdə müəyyən dəyişikliklər nəzərdə tutulur. Vüqar Tofiqli Ekspertin fikrincə, istənilən halda bu və digər halda Azərbaycan bələdiyyələrinin müəyyən mənada irəli getməsi üçün bütün hallarda bu birləşdirmə həyata keçirilməlidir. Vüqar Tofiqli vurğulayıb ki, mərkəzi icra orqanlarının bələdiyyələrlə olan münasibətində dəyişikliklər olmalıdır. Yəni bu dəyişiklik olmasa, problemlər davam edərsə bizim nəzərdə tutduğumuz çəkiyə və nüfuza malik ola bilməyəcəklər. “Azərbaycan bələdiyyəsinin lazımı yüksək səviyyədə cəmiyyətdə nüfuzlu olmasını, bir struktur olaraq daha geniş şəkildə tanınmasını istəyiriksə, onların üzləşdikləri problemlərin həllinə nail olmalıyıq. İstər maliyyə ilə bağlı, istər mərkəzi icra orqanları ilə münasibət və bələdiyyə icra münasibətlərinin tənzimlənməsi ilə bağlı, o cümlədən qanunvericilikdəki müəyyən boşluqların aradan qaldırılması ilə bağlı problemlər kompleks şəkildə həll edilməlidir. Bu proseslər kompleks şəkilində həll edilmiş olsa seçkilər öncəsi bu proseslərlə müəyyən addımlar, müəyyən irəliləyişlər olacaq”-deyən Vüqar Tofiqli əlavə edib ki, Azərbaycan bələdiyyəsi o zaman yüksək səviyyədə olacaq və vətəndaş qarşılaşdığı problemin həllində hər hansısa bir çətinlik çəkməyəcək. İradə Cəlil, Bizimyol.info

phrase_var_article.chosen
46
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close