AZ

“Şahramanyan agent kimi hərəkət edir” - Paşinyanın adamı qondarma “prezidenti” ittiham etdi

“Yenə də hansısa sürgündəki hökumət haqqında qəribə bəyanatlar var. Diqqətəlayiq haldır ki, bunları “dağlıq Qarabağ”ın ləğvi ilə bağlı sənədi imzalayan və bu müddət ərzində Ermənistan Respublikasının silahlı qüvvələrinin “dağlıq Qarabağ”da olması ilə bağlı Ermənistana qarşı saxta ittihamlar səsləndirən şəxs tərəfindən səsləndirilir”.“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan deyib. O, keçmiş qondarma qurumun başçısı Samvel Şahramanyanın Rusiya agenti olmasına eyham vurub və qeyd edib ki, separatçıların sabiq rəhbəri “agent davranışı nümayiş etdirir”: “Göründüyü kimi, Samvel Şahramanyan artıq agent davranışı nümayiş etdirir ki, bu da ən azı müvafiq strukturların diqqətini cəlb etməli idi. Ermənistanda bir hakimiyyət, bir güc var və dövlətçiliyimizə qarşı atılan ən əhəmiyyətsiz addım belə ən sərt cavabını almalıdır”.Xatırladaq ki, Baş nazir Nikol Paşinyan bu gün bildirib ki, Qarabağdan köçən bəzi dairələr bilərəkdən və ya bilməyərəkdən Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan addımlar atırlar.“AzPolitika.info”

Seçilən
23
18
Mənbələr
Şərh ()
Bağla