AZ

Davamlı sülhün və təhlükəsizliyin təmin olunması vacib şərtdir- ÖZƏL

"Azərbaycan tarixi Zəfərindən sonra bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi. Ölkəmiz bununla münasibətlərdə yeni səhifənin açılması istəyini ortaya qoydu". "Olaylar" xəbər verir ki, bunu YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov deyib: "Təbii ki, bu o demək deyil ki, Ermənistanın illərdir Azərbaycana qarşı törətdiyi təxribatlar, faciələr, torpaqlarımızın işğaldan azad edilməsi üçün canları, qanları ilə tarix yazan Vətən oğulları unudulur. Bunlar tarixdir, hər yeni nəsil çoxəsrlik tariximizin bu səhifələrini dərindən öyrənəcək, Ermənistanın əsassız torpaq iddiasının  hansı faciələrə yol açdığı barədə dolğun məlumatlara malik olacaq. Tarixi Zəfərimizin yaratdığı reallıqların  həyata keçirilməsi üçün davamlı sülhün və təhlükəsizliyin təmin  olunması vacibdir".

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla