AZ

Mingəçevirdə məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın oldu - VİDEO

Mingəçevir şəhəri, H.Hüseynov küçəsində yerləşən yataqxana binasında yanğın olub.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının yeddimərtəbəli yataqxana tipli yaşayış binasının 5-ci mərtəbəsində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş verən yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbriləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Yanğın nəticəsində vətəndaşlara məxsus arakəsmələri taxta konstruksiyadan ibarət ümumi sahələri 40 və 50 m² olan iki otağın yanar konstruksiyaları yanıb.

Qonşu mənzillər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.

Seçilən
20
50
Mənbələr
Şərh ()
Bağla