AZ

Birinci Liqa: Lider 3, “Araz Saatlı” 4 cavabsız qolla qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 19-cu turunun qarşılaşmalarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutub.

“Karvan” – “Difai Ağsu” oyununda qapılara qol vurulmayıb.

“Qaradağ Lökbatan” “İrəvan”la ev oyununda 3 cavabsız qola sevinib. “Araz Saatlı” isə “Mingəçevir”i 4 cavabsız qolla məğlub edib.

19-cu turun qalan qarşılaşmaları sabah keçiriləcək.

Birinci Liqa
19-cu tur
28 mart

“Karvan” – “Difai Ağsu” 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Yevlax şəhər stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “İrəvan” 3:0
Qollar: Seyxan Fərəcov, 34. Balamirzə Soltanov, 72-öz qapısına. Xəlil Bəşirov, 85.
Hakimlər: Rauf Allahverdiyev, Anar Bədəlov, Mirnihat Seyidov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Lökbatan OİK stadionu, 15:00.

“Araz Saatlı” – “Mingəçevir” 4:0
Qollar: Sequn Omotoşo, 37. Ravil Yusifli, 42. Həmzə Əliyev, 85. Elnur Mustafazadə, 90.
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Elman Kərimov, Murad Səlimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Saatlı OİK stadionu, 16:00.

29 mart

“Zaqatala” – MOİK
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Səbuhi Soltanov, Namiq Bəkirov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zaqatala OİK stadionu, 15:00.

“İmişli” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Asiman Əzizli, İslam Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.

Seçilən
23
2
Mənbələr
Şərh ()
Bağla