AZ

"Krokus"dakı terror üçün qayınatasından yardım istəyib

Moskva vilayətində "Krokus Siti"yə hücumda iştirak edən terrorçulardan biri terror aktına öz qayınatasını cəlb etməyə çalışıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Mash" yazıb.

Telegram kanalının məlumatına görə, 25 yaşlı Fariduni Şəmsidin təcili olaraq qohumunu Moskvaya iş üçün çağırıb.

Terrorçunun Tacikistandan olan qohumlarının dediyinə görə, zəng onun qayınatası üçün gözlənilməz olub:

"Kürəkəni tələsik və heç bir izahat vermədən onu inandırıb ki, gəlirli iş var və Rusiyaya gəlməlidir. O, təfərrüatları yalnız şəxsi görüş zamanı açıqlayacağına söz verib. Amma qayınatası onun təklifindən imtina edib".

Zaur, BakuPost
Seçilən
58
50
Mənbələr
Şərh ()
Bağla