AZ

Ölkə meyvə-tərəvəz idxalına nə qədər pul xərcləyib?

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 63,1 milyon ABŞ dolları məbləğində 91,5 min ton meyvə-tərəvəz idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16,2 milyon dollar çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz idxalı ölkənin ümumi idxalının 2,58 %-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 46,9 milyon ABŞ dolları dəyərində 70,8 min ton meyvə-tərəvəz idxal edib.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla