AZ

İbrahim Rәisi Qәzzada baş verәnlәri qiymәtlәndirib

İran prezidenti İbrahim Rəisi Qəzzada baş verənlərin Amerika Birləşmiş Ştatları (ABŞ) və bəzi Qərb ölkələri üçün utanc mənbəyi olduğunu bildirib.

SİA xəbər verir ki, İranın rəsmi İRNA xəbər agentliyinin yaydığı məlumata görə, İbrahim Rəisipaytaxt Tehranda səfər edən ''Həmas''ın siyasi bürosunun sədri İsmayıl Haniyəni qəbul edib.

İbrahim Rəisi görüşdə Qəzza xalqının müqaviməti sayəsində Fələstin məsələsinin İslam dünyasının hüdudlarından kənara çıxdığını və bütün dünya xalqlarının probleminə çevrildiyini bildirib.

''Qəzzada baş verənlər ABŞ və bəzi Qərb ölkələri üçün utanc mənbəyidir” deyən İbrahim Reisi İsrailin bölgədəki təhlükəsizlik problemlərinin səbəbkarı olduğunu qeyd edib.

''Həmas''ın siyasi bürosunun sədri İsmayıl Haniyə də öz növbəsində Qəzzada baş verən hadisələrlə bağlı İbrahim Rəisiyə məlumat verib.

İsmayıl Haniyə bildirib ki, ''Həmas''ın oktyabrın 7-də İsrailə qarşı başlatdığı ''Əqsa tufanı'' əməliyyatı Fələstin xalqına misilsiz uğur qazandırıb.

Seçilən
41
19
Mənbələr
Şərh ()
Bağla