AZ

"Bunlar Azərbaycana düşmən kəsilən ünsürlərdir" - Deputatdan sərt REAKSİYA

"Rusiyada ermənilərin rəhbərlik etdiyi həm ermənilərdən ibarət, həm də elə ruslardan ibarət bir qrup jurnalist var ki, onlardan biri də Vladimir Solovyovdur. Bunlar Azərbaycana düşmən kəsilən ünsürlərdir. Solovyovun yeni fikirləri deyil. O, uzun illərdir Azərbaycan əleyhinə təbliğat aparmaqla məşğuldur".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov rusiyalı teleaparıcı, jurnalist Vladimir Solovyovun Moskvada “Crocus City Hall” konsert zalında törədilmiş qorxunc terror aktında azərbaycanlı izi axtarması ilə bağlı məsələni şərh edərkən deyib.

Onun sözlərinə görə, Solovyov çalışır ki, özü və özü fikirdə olan bir neçə nəfərlə birlikdə Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirsin:

"Yəni ermənilərin dediyi kimi, bu terror aktında Azərbaycan izi fikrini ortaya atdı. Ancaq həmişə olduğu kimi yenə də bu, baş tutmayacaq. Solovyovun fikirlərinə baxan təbii ki, yoxdur. Rusiya rəsmi dairələri də bilirlər ki, Solovyov kimdir və Azərbaycana qarşı həmişə onun düşmən mövqedə olduğunu da bilirlər. Azərbaycan birincilərdən biri oldu ki, cənab prezidentimiz Putinə (Rusiya Prezidenti Vladimir Putin -red.), Rusiya xalqına başsağlığı verdi və terroru qətiyyətlə pislədi. Çünki Azərbaycan uzun illərdir ermənilərin və başqalarının törətdikləri terrora məruz qalmış bir dövlətdir. Azərbaycan xalqı uzun illərdir terrora məruz qalmış bir xalqdır. Biz terrorun nə olduğunu yaxşı bilirik və ona görə Azərbaycan həmişə antiterror əməliyyatlarında fəal iştirak edən bir dövlət kimi tanınıb. Terrora qarşı da biz həmişə bütün dövlətləri səsləmişik, bütün beynəlxalq qurumlara səslənmişik ki, terrorla mübarizədə birlikdə olmaq lazımdır. Tək-tək terrorla mübarizə aparmaq çətindir. Bu məsələdə bir birlik lazımdır. Rusiyada olan bu terror hadisəsi də növbəti bir vəhşiliyin nümunəsidir. Biz təbii ki, bunu pisləyirik və Solovyov kimiləri də çoxdur.  Azərbaycan Mətbuat Şurası və digər qurumlarımız da onun kifayət qədər yüksək səviyyədə cavabını verdilər. Eyni zamanda Rusiyada olan bir sıra ədalətli mövqedə olan siyasətçilər və jurnalistlər də Solovyovun dediklərini təkzib etdilər".

Həmidə İBRAHİMLİ

Seçilən
29
1
Mənbələr
Şərh ()
Bağla