AZ

“Fənərbaxça” pley-offa yaxındı, “Efes” isə...

“Futbol+”in işıq üzü görmədiyi günlərdə Avroliqanın müntəzəm çempionatında iki turun oyunları keçirildi.

Türkiyə klublarından “Fənərbaxça” evdə güclülərdən “Barselona” üzərində inamlı qələbə qazansa da, səfərdə ortabablardan “Milan”a uduzdu. Hər halda, sona üç tur qalmış “sarı-laciəvərdlilər”in pley-offa adlamaq şansı yetərincə böyükdü. “Efes”in bu vəzifənin öhdəsindən gəlməsi isə sual altındadı. Baxmayaraq ki, “pivəçilər” son iki oyundan qalib ayrılıb. Onların son üç turda “Baskoniya”, “Fənərbaxça” və “Srvena Zvezda” ilə qarşılaşağını xatırladaq. İlk 6 yeri tutan komandalar pley-offa adlayacaq, 7-10-cu yerdə qərarlaşanlar həmin mərhələyə son iki vəsiqənin sahibini müəyyənləşdirəcək.

30-cu tur
Efes (Türkiyə) – Olimpiakos (Yunanıstan) 85:72 (26:21, 22:16, 18:24, 19:11)
Jalgiris (Litva) – Virtus B (İtaliya) 96:81 (22:22, 21:27, 25:14, 28:18)
Alba (Almaniya) – Real (İspaniya) 79:86 (26:16, 14:20, 17:22, 22:28)
Makkabi T-Ə (İsrail) – ASVEL (Fransa) 98:90 (23:21, 24:28, 19:20, 32:21)
Partizan (Serbiya) – Baskoniya (İspaniya) 87:83 (23:16, 21:26, 25:18, 18:23)
Fənərbaxça (Türkiyə) – Barselona (İspaniya) 88:74 (23:11, 23:14, 16:32, 26:17)
Monako (Fransa) – Milan (İtaliya) 80:98 (20:27, 24:31, 23:18, 13:22)
Srvena Zvezda (Serbiya) – Panatinaikos (Yunanıstan) 76:89 (20:29, 21:22, 15:19, 20:19)
Valensiya (İspaniya) – Bavariya (Almaniya) 70:68 (28:15, 17:22, 12:19, 13:12)
31-ci tur
Efes – Alba 85:84 (23:23, 30:17, 12:27, 20:17)
Jalgiris – Baskoniya 94:76 (25:17, 23:17, 23:23, 23:19)
Olimpiakos – ASVEL 80:64 (20:12, 23:23, 11:20, 26:9)
Partizan – Real 76:88 (13:13, 18:20, 23:35, 22:20)
Monako – Valensiya 79:78 (25:15, 13:19, 19:20, 22:24)
Srvena Zvezda – Virtus B 94:79 (21:23, 27:19, 26:23, 20:14)
Panatinaikos – Barselona 89:81 (20:23, 14:23, 26:15, 29:20)
Bavariya – Makkabi T-Ə 74:89 (21:22, 14:26, 27:15, 12:26)
Milan – Fənərbaxça 77:76 (28:18, 15:18, 16:15, 18:25)
Xal durumu: Real – 56, Panatinaikos, Barselona, Monako - 51, Olimpiakos, Fənərbaxça – 50, Makkabi T-Ə - 49, Virtus B – 48, Baskoniya – 47, Milan, Partizan, Efes, Valensiya – 45, Jalgiris, Bavariya – 44, Srvena Zvezda – 42, ASVEL – 38, Alba – 36.

phrase_var_article.chosen
88
2
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close