AZ

Almaniya və Fransa yeni nəsil döyüş tankı layihəsi üzrə razılıq əldə ediblər - Pistorius

Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin Fransa ilə yeni nəsil Əsas Quru Döyüş Sisteminin (MGCS) birgə inkişaf etdirilməsi ilə bağlı razılığa gəldiyini açıqlayıb.Belə ki, Pistorius bu barədə fransalı həmkarı Sebastyan Lekornü ilə Berlində keçirilən birgə mətbuat konfransında bildirib.“Bu gün biz bir irəliləyiş əldə etmişik və bunu mübaliğəsiz tarixi inkişaf kimi təqdim edə bilərik”, - deyə almaniyalı nazir qeyd edib.Pistorius vurğulayıb ki, Fransa-Almaniya döyüş tankı Fransa istehsalı “Leclerc” və ya Almaniya istehsalı “Leopard 2” tanklarının modernləşdirilmiş variantı deyil, təkmil imkanlara malik tamamilə yeni model olacaq.“Bu böyük layihə üçün Almaniya və Fransanın yerinə yetirəcəyi bütün vəzifələrin bölüşdürülməsi ilə bağlı razılığa gəldik. Biz birlikdə aydın sərhədlər müəyyən etmişik və burada şərhə və ya hər hansı anlaşılmazlığa yer olmayacaq”, - deyə o əlavə edib. Ordu.az

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla