AZ

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

Mingəçevirdə

Bakı, 28 mart, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Mingəçevir şəhərinin H.Hüseynov küçəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının yeddimərtəbəli yataqxana tipli yaşayış binasının 5-ci mərtəbəsində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyənləşdirilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş verən yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Yanğın nəticəsində vətəndaşlara məxsus arakəsmələri taxta konstruksiyadan ibarət ümumi sahələri 40 və 50 kvadratmetr olan iki otağın yanıb.

Qonşu mənzillər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.

Seçilən
76
50
Mənbələr
Şərh ()
Bağla